media-17818045941215523231_1200x630

Azərbaycan və İran arasında ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantıları çərçivəsində İran İslam Respublikasının iqtisadi işlər və maliyyə nazirinin müavini, İranın İnvestisiya, İqtisadi və Texniki Yardım Təşkilatının (OIETAI) prezidenti Mehdi Heydəri ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən ERAmedia-ya bildirilib ki, görüşdə Azərbaycan ilə İran arasında iqtisadi münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi və biznes əlaqələrinin daha da gücləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.

media-17818045943680659440_1200x630


media-adspc

Bənzər xəbərlər