Azərbaycanda 65,2 milyard manatlıq ÜDM istehsal edilib - YARIM İLDƏ
Cari ilin birinci yarısında Azərbaycanda 65 milyard 207 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
ERAmedia xəbər verir ki, bu barədə Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çoxdur.
Yanvar-iyun aylarında neft-qaz sektoru üzrə ÜDM istehsalı 19 milyard 610,5 milyon olmaqla ötən ilin analoji dövrünə nisbətən 0,7 faiz azalıb. Altı ayda qeyri-neft-qaz sektoru üzrə ÜDM istehsalı isə 45 milyard 596,5 milyon manat təşkil etməklə illik müqayisədə 1,5 faiz artıb.









