Azərbaycandan keçməklə Ermənistana göndərilən Rusiya taxılının ümumi həcmi açıqlanıb
İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə dəmir yolları ilə 20 099.88 ton taxıl göndərilib.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Bildirilir ki, sonuncu dəfə fevralın 1-i Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti taxıl yüklü vaqonlar göndərilib. Həmin vaqonlarda ümumi çəkisi 1 746 ton taxıl olub.
ADY-dən əlavə edilib ki, indiyədək göndərilən taxıl yüklü vaqonların 5577.2 tonu ötən il, 14 942.38 tonu isə bu il Azərbaycandan Ermənistana yola salınıb.










