AzTV-nin arxivindən unudulmaz kadr - Tarixi FOTO
1978-ci ildə AzTV-də efirə gedən “Səhər görüşləri” musiqili-əyləncəli proqramının çəkilişindən olan nadir arxiv fotosu ictimaiyyətə təqdim edilib.
ERAmedia xəbər verir ki, fotonu Yunis Xəlilov sosial şəbəkə hesabında paylaşıb.
Şəkildə ən solda proqramın rejissoru Faiq Musayev yer alır. Kadrlarda, həmçinin Azərbaycanın görkəmli sənətkarları, xalq artistləri Gülşən Qurbanova və Hacıbaba Bağırov, eləcə də proqramın yaradıcı heyətinin digər üzvləri əks olunublar.
Yunis Xəlilov qeyd edib ki, bu dəyərli arxiv fotosunu ona tanınmış rejissor Faiq Musayev təqdim edib və buna görə ona təşəkkürünü bildirib.
Qeyd edək ki, “Səhər görüşləri” 1970-ci illərdə Azərbaycan Televiziyasının sevilən musiqili-əyləncəli proqramlarından biri olub və dövrün tanınmış incəsənət nümayəndələrini tamaşaçılarla bir araya gətirib.










