media-725034514_1362466302613474_7283831188448305992_n

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nümayəndə heyətinin “CNN Portugal”da təcrübə proqramı davam edir.

ERAmedia xəbər verir ki, səfərin dördüncü günündə nümayəndə heyəti xəbər mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub. Təlim zamanı gündəlik xəbər axınının idarə olunması, redaksiya proseslərinin qurulması, materialların hazırlanması və efirə çıxarılmasına qədər olan mərhələlər barədə ətraflı məlumat təqdim edilib.

Eyni zamanda, canlı bağlantıların təşkili, komanda daxilində operativ koordinasiya və müasir jurnalistikanın iş prinsipləri müzakirə olunub.

Videonu izləmək üçün linkə keçid edin:

https://www.facebook.com/reel/2519753768460725

 


media-adspc

Bənzər xəbərlər