Bakı-Tbilisi-Bakı marşrutu üzrə aylıq daşınan sərnişinlərin sayı açıqlanıb
Bu ilin may ayında yenidən fəaliyyətə başlamış Bakı-Tbilisi-Bakı reysləri ilə 12 mindən çox sərnişin daşınıb.
ERAmedia xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Xatırladaq ki, Azərbaycan Dəmir Yolları 25 mayda Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin daşımalarını bərpa edib.
Qeyd edək ki, marşrut üzrə 5500-ə yaxın bilet yenidən satışa çıxarılıb. Hazırda biletlər satışa 30 gün əvvələ çıxır.









