Meteohəssas insanların NƏZƏRİNƏ! | “Günəşim” Kukla Teatrı Qubadlı şəhəri günü ilə bağlı video-çarx hazırlayıb | Azərbaycan millisindən növbəti QƏLƏBƏ | FHN silsilə maarifləndirmə tədbirləri keçirib -FOTO | Azərbaycanlı itkin ailələrinin daha bir dinc aksiyası BRÜSSELDƏ | Raket qalıqları Məkkə və Mədinəyə düşüb | Qubadlı – doğma torpağa qayıdışın və ümidlərin ünvanıdır | Biləsuvarda ildırım elektrik xəttini vurub | Xəzər dənizindəki bu adalar materikə birləşib | Azərbaycan millisi bu gün iki oyun keçirəcək | Gürcüstanda saxlanılan İbad Hüseynov buraxılıb - Azərbaycana qayıdıb | Fransada aksiyalar zamanı 1000-ə yaxın şəxs saxlanılıb | Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb | AzTV üçün yeni bina tikiləcək - VİDEO | Kiyev şərtləri pozub - Mask | Balaca rəssamlarımız “Art Shopping” sərgisində | Qubadlıya öz sahibləri qayıdıb - ŞƏRH | Qubadlının işğaldan azad olunmasından 6 il ötür | Fransada sosial narazılıq dərinləşir | Kartdan-karta pul köçürənlərə vacib xəbər - FOTO
media-1783690825-qimu4jmydwj8kgrbtklhjjw9r71qik0jkolk6yjg_1200

Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib.

ERAmedia-ya bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, iclasın gündəliyində birinci məsələ “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın layihəsi, o cümlədən, turizmin inkişaf perspektivləri və əsas prioritet tədbirlər, ikinci məsələ kimi “Dağ-mədən və metallurgiya sənayesinin inkişafı: mövcud vəziyyət və 2030-cu ilə perspektivləri” barədə proqramın layihəsi və eləcə də digər carı iqtisadi məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan birinci məsələ üzrə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin və ikinci məsələdə iqtisadiyyat naziri Mikayıl Cabbarovun geniş təqdimatı dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər.

İclasın yekununda gündəlikdə müzakirə olunan hər iki dövlət proqramının layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

 

Əli Əsədov İqtisadi Şuranın iclasını keçirdi - FOTOLAR


media-adspc

Bənzər xəbərlər

media-banner-voyage-160-desktop