BDYPİ piyadalara çağırış edib
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara növbəti dəfə müraciət edib.
ERAmedia-ya bu barədə BDYPİ-dən məlumat verilib.
Müraciətdə piyadalar təhlükəsizliyə laqeyd yanaşmamağa çağırılıb.
“Yolu keçərkən müəyyən olunmuş piyada keçidlərindən istifadə etmək, diqqətli olmaq və yol hərəkəti qaydalarına əməl etmək hər birimizin məsuliyyətidir”, – deyə müraciətdə vurğulanıb.









