Belarusla statistika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb - FOTO
Minsk şəhərində Azərbaycan-Belarus Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 16-cı iclası keçirilib.
ERAmedia xəbər verir ki, iclas çərçivəsində Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifov və Belarus Respublikasının Baş nazirinin müavini Natalya Petkeviç Azərbaycan-Belarus Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 16-cı iclasının protokolunu imzalayıblar.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Belarus Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu da imzalanıb. Sənədə Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov və Belarus Respublikasının Milli Statistika Komitəsinin sədri İnna Medvedeva imza atıblar.
Qeyd edək ki, Azərbaycan-Belarus Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 16-cı iclası çərçivəsində imzalanan Anlaşma Memorandumu iki ölkənin statistika qurumları arasında əməkdaşlığın daha da inkişafına xidmət edir.










