media-1783429198286101928_1200x630

Beynəlxalq investorların Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarına marağı artmaqdadır. Bu regionlarda həyata keçirilən beynəlxalq əhəmiyyətli nəqliyyat və enerji layihələri sərmayədarların diqqətini cəlb edir.

ERAmedia “Montfort Eurasia” şirkətinin illik hesabatına istinadla xəbər verir ki, keçirilən sosioloji sorğunun nəticəsinə görə, Böyük Britaniya və ABŞ-də fəaliyyət göstərən sərmayədarların 66,3 faizi bu regionlara maraq göstərdiklərini bildiriblər.

Şirkətin icraçı direktoru Eleanor Kramers bildirib ki, bu gün sərmayədarlar məlumatları KİV vasitəsilə deyil, birbaşa ölkənin özündən alırlar. Sərmayədarlar analitik düşünməyə başlayıb və hər bir layihənin icrasını dəqiqliklə düşünüb planlaşdırırlar.

Regionlardakı ölkələrdə hökm sürən ictimai-siyasi vəziyyət sərmayədarlar üçün xüsusilə əhəmiyyətlidir. Yatırılan səraməyin təhlükəsizliyinin təmin olunması məhz sabitlikdən keçir. Eyni zamanda, bu ölkılərin dinamik iqtisadi inkişafı və həyata keçirilən islahatlar da sərmayədarlar üçün vacib amillərdir.


media-adspc

Bənzər xəbərlər