media-683f044802b20683f044802b211748960328683f044802b1e683f044802b1f

Britaniyanın enerji şirkəti British Petroleum (BP) Azərbaycanın dəniz sahilində yerləşən böyük təbii qaz layihəsinin – Babək yatağının operatoru olacaq.

ERAmedia xəbər verir ki, bu barədə “Reuters” üç mənbəyə istinadən məlumat yayıb.

Qeyd edilir ki, BP artıq Azərbaycanın neft və qaz sektorunda mühüm rol oynayır və ölkənin əvvəllər qitənin əsas təchizatçılarından biri olan Rusiyadan asılılığını azaltmaq qərarından sonra enerji ehtiyatları Avropa üçün xüsusilə vacib hala gəlib.

Mənbələrə görə, Azərbaycanın dövlət neft və qaz şirkəti SOCAR və British Petroleum (BP) iyunun 1-də Babək yatağı ilə bağlı razılaşma elan etmək niyyətindədirlər.

Yatağın ehtiyatları təxminən 400 milyard kubmetr qaz və 80 milyon ton qaz kondensatı kimi qiymətləndirilir.


media-adspc

Bənzər xəbərlər