media-qxw0nzevrpkx2s5qtujxicgtahx9grg9nsobzn1m_1200

Böyük Britaniyanın bp şirkəti restrukturizasiya planını təqdim edib.

ERAmedia bu barədə bp-nin rəsmi saytına istinadən xəbər verir.

Məlumata görə, iyulun 1-dən etibarən şirkətin bütün biznesi hazırkı üç bölmə – “istehsalat və əməliyyatlar” (“production and operations”), “qaz və aşağıkarbonlu energetika” (“gas and low carbon energy”), həmçinin “müştəri xidməti və məhsula nəzarət” (“customers and products)” əvəzinə iki əsas bölmədən – “hasilat” (“Upstream”) və “emal”dan (“Downstream”) ibarət olacaq.

bp-nin rəhbəri Meq O’Nil hesab edir ki, yeni struktur şirkətin əməliyyat fəaliyyətini sadələşdirəcək və səmərəliliyi artıracaq. Yeni struktur barədə elandan sonra şirkətin səhmləri 2.2% ucuzlaşıb.


media-adspc

Bənzər xəbərlər