Bu müsabiqəyə 46 mindən çox müraciət daxil olub
2026-2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başa çatıb.
ERAmedia-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, bu fikirləri Agentliyin imtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli deyib.
Bildirilib ki, iyunun 3-dən 10-dək davam etmiş elektron sənəd qəbulu mərhələsinə ümumilikdə 46 min 505 müraciət daxil olub. Bu müddətdə 40 min 574 namizəd ərizəsini təsdiqləyib, 38 min 651 namizədin isə ərizəsi qəbul edilib.










