Bu ölkələrdə gələn il hasilatın sabit saxlaması gözlənilir
OPEC+ ölkələrinin gələn il gündəlik xam neft hasilatını sabit saxlamağa davam edəcəkləri nəzərdə tutulur.
ERAmedia xəbər verir ki, OPEC+ rəsmilərinin yanvarın 4-də videokonfrans formatında görüş keçirəcəyi bildirilir. Səudiyyə Ərəbistanı və Rusiya başda olmaqla əsas istehsalçıların artan qlobal neft tədarükü fonunda hasilatın sabit saxlanılması ilə bağlı noyabrda qəbul edilmiş qərara sadiq qalmaları gözlənilir.
Beynəlxalq Enerji Agentliyi də neft bazarlarında artan geosiyasi qeyri-müəyyənlik fonunda gələn il rekord miqdarda təklif profisitinin yaranacağını proqnozlaşdırır.
Qeyd edək ki, cari il ərzində xam neft fyuçersləri 17 faiz geriləyib və pandemiyadan bəri ən böyük illik azalma nümayiş etdirib. Analitiklərə görə, bu, il ərzində OPEC+ və digər istehsalçıların tədarükü artırması, eləcə də qlobal neft tələbatındakı artımın ləngiməsi ilə əlaqədardır.










