media-17821182791818658119_1200x630

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun mətbuata açıqlamalarında iqtisadi əlaqələrin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən layihələrə xüsusi yer ayrılıb.

ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, imzalanan anlaşmalar Azərbaycan ilə Türkmənistan arasında iqtisadi və ticarət əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcək. Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi və şaxələndirilməsi üçün böyük potensial mövcuddur. Bu istiqamətdə əsas prioritet qeyri-neft-qaz sektoru üzrə əməkdaşlığın daha da genişləndirilməsidir.

V.Bayramov qeyd edib ki, Azərbaycan ilə Türkmənistan arasındakı ticarət dövriyyəsi həm enerji məhsullarını, həm də qeyri-neft-qaz sektorunu əhatə edir. Onun sözlərinə görə, 2026-cı ilin ilk dörd ayında Azərbaycan Türkmənistandan reaktiv mühərriklər üçün kerosin yanacağı (4 milyon 190 min dollar), mineral və ya kimyəvi azot gübrələri (1 milyon 980 min dollar), emalın spesifik prosesləri üçün maye yanacaq (1 milyon 496 min dollar), sürtkü yağları (944 min dollar), şokolad və ondan hazırlanan digər məmulatlar (638 min dollar), həmçinin kimyəvi toxuculuq materiallarından hazırlanan kisə və paketlər (363 min dollar) idxal edib.

Deputat vurğulayıb ki, Azərbaycanın Türkmənistana ixrac etdiyi əsas məhsullar sırasında ağ şəkər və kimyəvi cəhətdən təmiz saxaroza (6 milyon 47 min dollar), dəmirdən və ya aşqarlanmamış poladdan isti yayılmış məhsullar (4 milyon 885 min dollar), kimyəvi çevirmələr üçün sürtkü yağları (1 milyon 913 min dollar), kərə yağı (929 min dollar), eləcə də ağır distilyatlar, qazoyllar və dizel yanacağı (514 min dollar) yer alır.

V.Bayramovun sözlərinə görə, cari ilin ilk dörd ayında Azərbaycan ilə Türkmənistan arasında ümumilikdə 199 məhsul növü üzrə idxal və ixrac əməliyyatları həyata keçirilib. Deputat hesab edir ki, qarşılıqlı yüksək səviyyəli səfərlər iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə təkan verəcək, iqtisadi və ticarət əlaqələrində yeni mərhələnin başlanmasına şərait yaradacaq.

Vural


media-adspc

Bənzər xəbərlər