media-zangezur_corridor

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib ki, Şərq-Qərb dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizi mütləq inşa ediləcək.

ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, Vətən müharibəsində əldə olunan Zəfərdən sonra Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru yolla maneəsiz keçidin təmin olunmasının vacibliyini dəfələrlə vurğulayıb. Deputatın sözlərinə görə, dövlət başçısının Zəngəzur dəhlizinin reallaşacağı və bunun sadəcə zaman məsələsi olduğu ilə bağlı bəyanatları artıq konkret mərhələyə daxil olub.

Vüqar Bayramov bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlər artıq tamamlanmaq üzrədir. Onun sözlərinə görə, Ermənistan ərazisindən keçən hissənin cəmi 40 kilometr olması layihənin qısa müddətdə yekunlaşması üçün əlavə imkan yaradır.

Deputat qeyd edib ki, Zəngəzur dəhlizinin illik 15 milyon ton ötürmə potensialı regionun iqtisadi inkişafına ciddi töhfə verəcək. Vüqar Bayramovun sözlərinə görə, yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək bu layihə Azərbaycanın geosiyasi mövqeyini daha da möhkəmləndirməklə yanaşı, region ölkələrinin gəlirlərinin artmasına da şərait yaradacaq.

Millət vəkili xatırladıb ki, Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin qiymətləndirmələrinə əsasən, Zəngəzur dəhlizinin 2030-cu ilədək istifadəyə verilməsi gözlənilir. Deputatın sözlərinə görə, bu marşrut vasitəsilə Çindən yola salınan yüklərin Londona cəmi 18 günə çatdırılması mümkün olacaq.

Vüqar Bayramov əlavə edib ki, 10 illik proqnozlara əsasən Zəngəzur dəhlizi ümumilikdə 50 milyard dollar gəlir formalaşdıracaq və hər il 60 mindən çox yeni iş yerinin açılmasına töhfə verəcək.

Vural


media-adspc

Bənzər xəbərlər