media-world-cup-fan-ivana-knoll2

2022-ci ildə Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatında nümayiş etdirdiyi cəsarətli stili ilə qlobal fenomenə çevrilən xorvatiyalı model Ivana Knöll yenidən turnir tribunalarına qayıdıb.

ERAmedia xəbər verir ki, ABŞ, Meksika və Kanadada birgə təşkil olunan FIFA Dünya Kuboku 2026 çərçivəsində keçirilən İngiltərə ilə oyunda tribunada görünən məşhur model, matçın ilk anlarından etibarən bütün kameraların diqqətini üzərinə çəkib.

Qırmızı-ağ rəngli Xorvatiya milli komandasının simvolik geyim tərzi ilə tribunada yer alan Knöll coşqulu və rəngli anlarını sosial şəbəkə hesablarında da izləyiciləri ilə bölüşüb.

Qısa müddətdə milyonlarla bəyənmə toplayan paylaşımlara imza atan Ivana Knöll 2022-ci il turnirinin də ən çox danışılan simalarından biri olmuş və geniş izləyici kütləsinə çatmışdı.

Vüsalə


media-adspc

Bənzər xəbərlər