Ədliyyə naziri Balakəndə vətəndaş qəbulu keçirdi
Ədliyyə naziri Fərid Əhmədov iyulun 3-də Balakən rayonunda vətəndaşlarla görüşüb.
ERAmedia-ya bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazir, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.
Görüşdə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarından ümumilikdə 55 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.










