Elvin Cəfərquliyev “Qarabağ”ın əsas heyətinə qayıtdı - VİDEO
Elvin Cəfərquliyev “Qarabağ”ın əsas komandasına qayıdıb.
ERAmedia xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o bu gün məşqə qoşulub.
Qeyd edək ki, futbolçu artıq komanda ilə Avstriyadakı təlim-məşq toplanışına yollanıb.
Xatırladaq ki, Misli Premyer Liqasının 27-ci turunun “Şamaxı” – “Qarabağ” oyunundan sonra Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduğu üçün baş məşqçi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdılmışdı.









