"Ərdoğana görə gedirəm" - Tramp Ankarada NATO sammitinə gəlir
ABŞ prezidenti Donald Tramp Türkiyəyə yola düşüb.
ERAmedia xəbər verir ki, bu barədə “New York Times” qəzeti məlumat yayıb.
NATO sammiti üçün Ankaraya gedən ABŞ lideri Türkiyəyə Rəcəb Tayyib Ərdoğana görə səfər etdiyini açıqlayıb: “Mən Ərdoğana görə gedirəm. O, Türkiyə liderini “dost” və “hörmətli lider” adlandırıb.
ABŞ prezidentinin Ərdoğana ölkənin F-35 gizli qırıcı proqramına yenidən qoşulmasına icazə verməyə hazır olduğunu bildirməsi gözlənilir.










