media-155316ermenistan_-_bohran_-_politoloq_reshad_bayramov0564

Ermənistanda keçirilən seçkilərin nəticələri və konstitusion çoxluq məsələsi ölkənin siyasi gündəmində əsas müzakirə mövzularından biri olaraq qalır.

ERAmedia xəbər verir ki, siyasi təhlilçi Asif Nərimanlının açıqlamasına görə, Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası hökuməti təkbaşına formalaşdırmaq üçün kifayət qədər mandat qazansa da, parlamentdə “sabit çoxluq” adlandırılan konstitusion 54 faizlik həddi təmin edə bilməyib.

Asif Nərimanlının fikrincə, konstitusion çoxluğun əldə olunmaması hökumətin gündəlik idarəetməsinə ciddi maneə yaratmasa da, xüsusilə konstitusiya dəyişiklikləri kimi strateji məsələlərdə çətinliklər formalaşdıra bilər. Onun izahına görə, Ermənistan qanunvericiliyində “sabit çoxluq” üçün iki əsas mexanizm nəzərdə tutulur: birinci halda ikinci tur seçkilər keçirilir və sadə səs çoxluğu ilə qalib müəyyən olunur, ikinci halda isə seçicilərin 50 faizindən çox səsini alan hakim partiya və ya koalisiya əlavə mandat bonusları ilə gücləndirilir.

Lakin mövcud nəticələrə əsasən, Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə 49,82 faiz səs topladığı üçün bu mexanizmdən də yararlana bilmir. Təhlilçi qeyd edir ki, bu vəziyyət hökumətin formalaşdırılmasına mane olmasa da, referendumların keçirilməsi və konstitusiya islahatları kimi mühüm qərarların qəbulunda əlavə siyasi çətinliklər yarada bilər.

Nərimanlının proqnozuna görə, yaxın dövrdə hakimiyyət əsas diqqətini hökumətin tam formalaşdırılmasına və mümkün referendum proseslərinə yönəldəcək, paralel olaraq isə parlament daxilində deputatların cəlb olunması üçün kulis danışıqları aparılacaq. Daha uzunmüddətli perspektivdə isə Ermənistan hakimiyyətinin konstitusion çoxluğu təmin etmək üçün növbədənkənar seçkilərə getməsi ehtimalı da istisna edilmir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər