Estoniya Rusiyaya NOTA verdi
Rusiyanın Estoniyadakı müvəqqəti işlər vəkili Lenar Salimullin ölkənin hava məkanına müdaxilə iddiası ilə əlaqədar Baltikyanı dövlətin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
ERAmedia TASS-a istinadən xəbər verir ki, bu barədə Estoniya XİN məlumat yayıb.
“Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini çağırıb və Estoniya hava məkanına müdaxilə ilə bağlı nota verib”, – deyə XİN-dən bildirilib.
Məlumata görə, Rusiya qırıcı təyyarəsi martın 18-də Vayndlo adası yaxınlığında Estoniya hava məkanını pozub.
Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, ölkənin hərbi təyyarələrinin bütün uçuşları beynəlxalq hava məkanı qaydalarına uyğun olaraq həyata keçirilir.










