media-videoedited
media-3a493264b0b26927457f4b44631b7433
media-shehidler_olmez_baner_full
Xalq şairi Səməd Vurğun dünyanın görkəmli şairləri, yazıçıları ilə dostluq etmiş, onların evində qonaq olmuşdu. Belə şairlərdən biri də Dağıstanın xalq şairi Rəsul Həmzətov idi. Onların münasibəti ilə bağlı bu fakt dostluqlarının necə dərin köklərə dayandığını göstərir:

“Bir gün Səməd Vurğun Dağıstana dostu Rəsul ilə görüşməyə gedir. Məclis zamanı S.Vurğunun xətrinə dəyirlər və şair dostundan incik halda geri qayıdır. Uzun müddət dostundan xəbər ala bilməyən Rəsul Həmzətov onun incidiyini anlayır. O, şairdən üzr istəmək qərarına gəlir və bu məqsədlə Bakıya yollanır. Lakin, onunla görüşə bilmir. Çünki Səməd Vurğun artıq ölüm yatağında idi.

1956-cı il mayın 27-də Səməd Vurğun vəfat edir. Bu küsülülük, əbədi ayrılıq Rəsul Həmzətovun qəlbində dərin iz qoyur və həmin iz bu gün hamımızın sevərək dinlədiyi “Əziz dost” mahnısının sözlərinə çevrilir”.

Qeyd edək ki, “Əziz dost” şeirinin tərcüməsi Tofiq Bayrama, mahnının musiqisi Qulu Əsgərova məxsusdur.

Mərhum xanəndə, SSR xalq artisti İslam Rzayevin ifasında “Əziz dostum” mahnısı:

“Əziz Dostum”
Əziz dostum məndən küsüb, incidi,
Ayrılıb yad kimi çıxdı evimdən.
Gəldiyi yolları ot basıb indi
O gedib qalmışam həsrətində mən.
Necə nəğmə qoşum, necə dillənim
Dost gedib özümə gələ bilmirəm.
Elə bil əllərim yox olub mənim,
Gözümün yaşını silə bilmirəm.
Çaldığım o sazı gətirin mənə,
Görün ki, çalmaqda necə mahirəm.
Əlim dəyən kimi bircə telinə
Simlər haray çəkib qırılır o dəm.
Necə nəğmə qoşum necə dillənim,
Dost gedib özümə gələ bilmirəm.
Elə bil əllərim yox olub mənim,
Gözümün yaşını silə bilmirəm…

media-adspc

Bənzər xəbərlər