media-17864231063683635749_1200x630

Filippində Luis və Maimai tropik siklonlarının yaratdığı güclü yağışlar və cənub-qərb mussonunun güclənməsi nəticəsində azı 19 nəfər ölüb.

ERAmedia xarici mediaya istinadla xəbər verir ki, bu barədə Filippin Mülki Müdafiə Agentliyi məlumat yayıb.

Bildirilib ki, hazırda 4 nəfərin taleyi də məlum deyil, 15 sakin isə xəsarət alıb.

Kəskin hava şəraiti ölkənin 10 bölgəsində 2,27 milyondan çox insana təsir göstərib. Təxminən 95 min nəfər təxliyə mərkəzlərinə yerləşdirilib.


media-adspc

Bənzər xəbərlər