Fransanın məşhur idman jurnalisti azərbaycanlı imiş
Fransanın tanınmış idman jurnalisti Tommi Franklinin əsl adının Fərrux Murad oğlu Vəzirov olduğu bildirilir.
ERAmedia xəbər verir ki, o, Fransanın nüfuzlu media qurumlarından olan “RTF” və “France Inter”də fəaliyyət göstərib. Məlumata görə, Fərrux Vəzirov Azərbaycanın görkəmli neft sənayeçisi və milyonçusu Şəmsi Əsədullayevin (1840–1913) nəticəsi olub.
Bildirilir ki, jurnalistin anası Sürəyya Əsədullayeva Şəmsi Əsədullayevin oğlu Mirzə Əsədullayevin qızı idi. Bununla yanaşı, Fransada yaşayıb-yaratmış məşhur azərbaycanlı yazıçı Banin (Ümmülbanu Əsədullayeva) ilə Sürəyya Əsədullayeva doğma bacı olublar. Bu isə Tommi Franklinin Baninin bacısı oğlu olduğunu göstərir.
Tommi Franklinin – Fərrux Murad oğlu Vəzirovun fotosunu jurnalist Hafiz Əhmədov paylaşıb










