media-a18e0767-1ca7-4f8f-b19e-a43620ea526d
media-bant_master

Nizami küçəsi Azərbaycanda bir neçə şəhərdə (Bakı, Şuşa, Sumqayıt) məşhurdur, lakin ən əsas və tarixi olanı Bakı küçəsidir. Bu küçə dahi Nizami Gəncəvinin adını daşıyır, “Tarqovı” kimi də tanınır, Fəvvarələr Meydanına qədər piyada zonasıdır, əsas ticarət və gəzinti mərkəzi sayılır, tarixi binaları və modern memarlığı ilə seçilir, Bakının genişlənmə dövründə formalaşıb.

Bir çox digər əsas küçələrdən fərqli olaraq, Bakının Nizami küçəsi heç vaxt Lenin, Stalin, Kirov və ya başqa sovet adları ilə adlandırılmayıb və müharibədən bir neçə ay əvvəl nədənsə Krasnopresnenskaya adlandırılıb. 1864-cü ildə Parapetdəki Hacıbababəyov karvansaralarının genişləndirilməsi üçün planlaşdırılan küçə əvvəlcə Torqovaya (Ticarət küçəsi) adlanıb.

1890–1917-ci illərdə müxtəlif planlarda və rəsmi sənədlərdə bu şəkildə göstərilib. Küçə imperiya məmurları və zadəganlarının tez-tez gəzdiyi prestijli xiyaban sayıldığı üçün belə adlandırılmışdı. Qeyd edək ki, Bakıda ingilislər olan zaman buranı “downtown” adlanırdılar.
Daha sonra hər iki istiqamətdə genişləndikdən sonra Qubernskaya (Vilayət küçəsi) olub və 1925-ci ildən 1962-ci ilə qədər dahi Azərbaycan şairi Məhəmməd Füzulinin adını daşıyıb. Nə qədər Azərbaycan xalqı özünü türk hesab edirdi, küçə Füzulinin adına idi. Lakin ötən əsrin 60-cı illərindən “Azərbaycanlı milləti” termini ortaya çıxır və Sovet hakimiyyəti özünü Türk adlandıran Füzulini hədəf seçir. Çünki onun rübaisinin birində:

“Ey, ərəbin, türkün, əcəmin bərəkət yetirəni (Allah-Təala). Ərəbi aləmin gözəl, aydın danışan insanı, əcəmi də İsa kimi gözəl, bəlağətli danışan söz sahibi etdin. Mən türk dillidən də iltifatını (lütfünü) əskik etmə)” -sözləri yerli hakimiyyəti narahat etməyə başlayır. Axı necə olar ölkədə dil Azərbaycan dili adlanır, amma əsas küçə türk dilimi əskik etmə deyən şairin adını daşıyır?

Füzulinin “Leyli Məcnunu” “türk dilində yazılan əsər” adlandırması dilimizin türk dili olmasından xəbər verməklə yanaşı, millətin etnik kimliyini göstərirdi və buna görə də Moskvadan gələn qərar belə olur:
“Küçənin adı Füzuli ilə bağlı olmasın, dəyişdirilib Nizami küçəsi edilsin. Fizulidən fərqli olaraq Nizami fars dilində yazırdı, Gəncədə anadan olmasına baxmayaraq, onun əsərlərində türk dili məsələsi çox qabardılmır”.

1962-ci ildə Füzuli küçəsi Nizami küçəsi oldu və o vaxtdan bəri adını dəyişməyib.

Zaur Əliyev


media-adspc

Bənzər xəbərlər