media-w_1617835302294846362742_1200x630

UEFA Konfrans Liqasının I təsnifat mərhələsində “Zirə” və Gürcüstanın “Torpedo” komandaları arasında Sumqayıtda keçirilən ilk oyun başa çatıb.

ERAmedia xəbər verir ki, Sumqayıt şəhər stadionunda oynanılan görüş Azərbaycan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 32-ci dəqiqədə Ruan Renato açıb. Davit Volkov 47-ci dəqiqədə tablodakı rəqəmləri 2:0 edib. Matçda son nöqtəni penaltidən dublunu rəsmiləşdirən Ruan Renato qoyub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 16-da Gürcüstanda olacaq.


media-adspc

Bənzər xəbərlər