Hazırda neft qiymətləri necədi?
Yaxın Şərqdə davam edən hərbi münaqişə ABŞ ilə İran arasında razılaşma ilə başa çatmaq üzrədir. Hər iki tərəf Cenevrədə keçirilən danışıqların nəticəsini tanıyacağını və hərbi münaqişəyə son qoyacağını bəyan edib. İyunun 19-da isə tərəflər arasında memorandumun imzalanması gözlənilir.
ERAmedia xəbər verir ki, həm ABŞ, həm də İran tərəfi tez bir zamanda Hörmüz boğazının açılacağını bildiriblər ki, bu da tez bir zamanda dünya bazarında neftin qiymətinin enmə tendensiyasının əsasını qoyub.
Ötən gün London birjasında 1 bareli 83,30 dollara satılan “Brent” markalı neftin qiyməti bu gün 0,47 faiz azalaraq 82,78 dollara satılır. WTI markalı neftin qiyməti isə 0,21 faiz azalaraq 80,52 dollara satılır.
ABŞ Prezidenti Donald Tramp, Vitse-prezident Cey. Di. Vens və İran İslam Şurası Məclisinin (parlamentin) sədri Məhəmmədbağır Qalibaf elektron formada memorandum imzaladıqdan sonra dünya enerji bazarında qiymət transformasiyası baş verdi. Mütəxəssislər qeyd edir ki, Hörmüz boğazının açılması qiymətlərin daha da ucuzlaşmasına gətirib çıxaracaq. Lakin boğazın açılması ilə yanaşı Yaxın Şərq ölkələrində (Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, İraq) müharibə zamanı dağıdılmış neft sənayesinin infrastrukturunun bərpası da zaman alacaq.
Neft ilə yanaşı dünya bazarında maye qazın qiymətində də enmə müşahidə edilir. Avropada (Niderland TTF qovşağı) 1000 kubmetr qazın 450 dollardan 410 dollara düşüb. Qazın qiymətinin azalması yay fəsli ilə əlaqədar olsa da qarşıdakı qışda heç bir geosiyasi gərginliyin baş verməyəcəyini heç kim istisna etmir. Buna görə də hazırda Avropa dövlətlərinin ilk işi boşalmış anbarları qaz ildə doldurmaqdan ibarət olacaq ki, bu da bir müddət qiymətlərin sürətlə enməsinin qarşısını alacaq.
Nəzərə çatdıraq ki, Azərbaycanın “Azeri Light” markalı neftinin qiymətində də 4,36 faiz azalma müşahidə edilir. Türkiyənin Ceyhan limanında “Azeri Light”ın 1 barelinin qiyməti 86,55 dollara satılır.










