“IB Group” Belarus-Azərbaycan Biznes Forumunda təmsil olunub
Azərbaycanın “IB Group” şirkətlər qrupunun rəhbərliyi iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsinə yönəlmiş Belarus-Azərbaycan Biznes Forumunda və rəsmi tədbirlərdə iştirak edib.
ERAmedia xəbər verir ki, çərçivəsində keçirilən danışıqlarda əsas diqqət dəmir yolu sahəsinə yönəldilib. Tərəflər Belarus Respublikasına rels məhsullarının, yolun üst quruluşu elementlərinin və digər dəmir yolu materiallarının tədarükünün təşkili, həcmi və qrafiklərini ətraflı müzakirə ediblər.
Bu layihə “IB Group” üçün tədarük coğrafiyasını genişləndirmək baxımından yeni imkanlar açır və şirkətlər qrupunun MDB məkanında etibarlı B2B tərəfdaşı kimi mövqeyini gücləndirir.
Qeyd edək ki, “IB Group” — B2B ticarət sahəsində fəaliyyət göstərən, irimiqyaslı infrastruktur və nəqliyyat layihələri üçün material və avadanlıqların kompleks tədarükünü təmin edən şirkətlər qrupudur.










