media-139d5b09-abcd-4437-a4a0-33d867dbd514
media-724535190_4115447928587451_9142725170125069754_n
İnsanların ibtidai ehtiyacları ödənmədən onlardan fədakarlıq gözləmək absurddur, niyə bu idarəetmədə vacib məqamdır?
Bir çox rəhbər və sahibkar komandasından yüksək motivasiya, təşəbbüskarlıq, sahiblik hissi və fədakarlıq gözləyir.
Lakin çox zaman ən fundamental sual unudulur:
“İnsanın ən əsas ehtiyacları qarşılanıbmı?”
İdarəetmə elminin son 70 ildə dəyişməyən həqiqətlərindən biri budur: insan əvvəlcə təhlükəsizlik, aydınlıq və ədalət axtarır, daha sonra mənəvi bağlılıq və fədakarlıq göstərir.
Psixoloq Abraham Maslow bunu “ehtiyaclar iyerarxiyası” ilə izah etmişdi. Maraqlıdır ki, müasir dövrdə bu nəzəriyyəni ən geniş miqyasda təsdiqləyən araşdırmalardan biri də Gallup tərəfindən aparılıb.
Gallup-un 3,3 milyondan çox əməkdaşı və 100.000-dən artıq komandanı əhatə edən araşdırması göstərir ki, yüksək performanslı komandaların təməlində ilk növbədə əməkdaşların baza ehtiyaclarının qarşılanması dayanır: işdən gözləntilərin aydın olması, iş üçün lazım olan resursların təmin edilməsi, rəhbərin qayğı göstərməsi və əməkdaşın özünü təhlükəsiz hiss etməsi.
Araşdırmaya görə, yüksək bağlılığa malik komandalar:
23% daha yüksək mənfəətlilik əldə edirlər, digərləri ilə müqayisədə.
Daha maraqlı fakt isə budur:
İşçilərin yalnız təxminən yarısı iş yerində onlardan nə gözlənildiyini tam bildiyini deyir. Halbuki gözləntilərin aydın olması insanın ən fundamental iş ehtiyacıdır. Bu ehtiyac ödənmədikdə motivasiya və bağlılıq da zəifləyir.
Buradan çıxan nəticə sadədir:
Ədalət görməyən insandan sədaqət,
təhlükəsizlik hiss etməyəndən təşəbbüs,
qiymətləndirilməyəndən fədakarlıq gözləmək idarəetmə deyil, gözləntidir.
İstər ailədə, istər komandada, istərsə də cəmiyyətdə eyni qanun işləyir:
İnsan əvvəlcə “mən burada dəyərliyəm və təhlükəsizəm” hissini yaşamalıdır. Yalnız bundan sonra “mən bu yer üçün daha artığını edəcəyəm” mərhələsinə keçir.
Böyük komandalar böyük hədəflərlə deyil, qarşılanmış əsas ehtiyaclar üzərində qurulur.
Bəxtiyar BƏXTİYAROV,
İdarəetmə və biznes üzrə təlimçi-konsultant

media-adspc

Bənzər xəbərlər