İranla atəşkəs bitdi! - Tramp
36-cı NATO Liderlər Zirvəsinin ikinci günü Ankaradakı Prezident Kompleksində başlayıb.
ERAmedia xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi etdiyi və NATO Baş katibi Mark Ruttenin rəhbərliliyilə keçirilən görüşdə liderlər arasında intensiv diplomatik təmaslar davam edib.
NATO sammiti çərçivəsində Rutte ilə görüşən ABŞ Prezidenti Tramp sərt açıqlamalar verib. O deyib ki, “İran nüvə silahına sahib olmamalıdır”.
Tramp İran ərazisinə ötən gecə həyata keçirilən hücumla bağlı danışarkən bildirib:
“İranda çox təhlükəli insanlara qarşı əməliyyat keçirdik. Bunlar xəstə insanlardır, dəfn mərasimləri ilə məşğul olurlar, amma bunun əvəzinə gəmilərə də raket atırlar. Biz də dünən gecə onları çox sərt şəkildə vurduq”.
ABŞ lideri İrana budəfəki hücumların 20 dəfə daha güclü olduğunu iddia edərək deyib:
“Biz demişdik ki, nə vaxt hücum etsəniz, cavab verəcəyik. Onlar çirkli oynayırlar, mən onları sevmirəm. Onlar pis insanlardır. İranın nüvəsizləşdirilməsini təmin edəcəyik. Onlar keçmişdə minlərlə əsgərimizi öldürüblər”.
Tramp İranla atəşkəsin artıq başa çatdığını bildirib: “İranla atəşkəs bitdi!”
“Biz yalançılarla mübarizə aparırıq. Onların problemi var, ağlını itiriblər. Vaxt itirirlər”, – deyə Tramp qeyd edib.
NATO-dan narazı olduğunu bildirən Tramp İspaniyanın mövqeyini də tənqid edib.
“İran məsələsində bizə kömək etmədilər, amma bizim yardıma ehtiyacımız yoxdur. Mən sadəcə bizə kömək edib-etməyəcəklərini yoxlamaq istəyirdim. Almaniya, Fransa və İngiltərə ilə danışdım, İspaniya ilə danışmadım. Onlar dəhşətli tərəfdaşdırlar. Onlarla səfərlər, ticarət və digər bütün məsələləri dayandırmışıq. İspaniya öz payını da vermir, heç nəyə qatılmır. Biz onları daim qorumağa davam edə bilmərik. Onlar pis insanlardır, hətta onlarla danışmıram”, – deyə ABŞ Prezidenti bildirib.










