media-17228534651772636004_1200x630

İsrail ordusu İordan çayının qərb sahilinin cənub hissəsində yerləşən ən böyük şəhər olan Xevronda genişmiqyaslı əməliyyata start verib.

ERAmedia xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Məlumata görə, əməliyyatın məqsədi “terrorçu infrastruktur obyektlərinin məhv edilməsi, qeyri-qanuni silah dövriyyəsinin qarşısının alınması və bölgədə təhlükəsizliyin gücləndirilməsidir”.

Gözlənilir ki, ordu qüvvələrinin fəaliyyəti bir neçə gün davam edəcək. Yerli sakinlər partlayış səsləri eşidə və İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) bölmələrinin gücləndirilmiş hərəkətini müşahidə edə bilərlər.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər