İyunun 15-də “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri işləməyəcək
Milli Qurtuluş Günü ilə əlaqədar iyunun 15-də “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
ERAmedia-ya bu barədə Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, iyunun 16-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.










