media-jv7vc8xhus3b69ckkpabvsxhebqvmrquob1ttxnx_1200

Azərbaycan kino sənətinin görkəmli nümayəndələrindən biri, Xalq artisti Süleyman Ələsgərovun doğum günü qeyd olunur.

ERAmedia xəbər verir ki, sənətkar həm aktyorluq, həm də musiqi sahəsindəki istedadı ilə yadda qalan, xüsusilə “Bizim Cəbiş müəllim” filmindəki rolu ilə tamaşaçıların sevgisini qazanmış nadir sənətkarlardan biri olub.

Onun şəxsi həyatı isə böyük faciə ilə yadda qalıb. Həyat yoldaşı Leyla xanımın toydan qısa müddət sonra qəfil vəfat etməsi aktyorun ömrünün sonrakı illərinə dərin təsir göstərib. Bu hadisədən sonra Süleyman Ələsgərov uzun müddət səssiz və qapalı həyat tərzi sürüb, daha çox musiqi ilə təskinlik tapıb.

Məlumata görə, o, pianoda saatlarla ifa edərək həyat yoldaşının portretinə baxar, onun xatirəsini hər zaman yaşadar olub. Sənətkara ünvanlanan sevgi məktublarına isə həmişə eyni cavabı verib: həyatında Leylanın yerini heç kimin doldura bilməyəcəyini bildirib.

Süleyman Ələsgərov həm də sənət etikası və prinsipial mövqeyi ilə seçilib. “Bizim Cəbiş müəllim” filmindəki rol təklifi ilə bağlı göstərdiyi davranış onun peşəkarlığının nümunəsi kimi xatırlanır.

Aktyorun ailə üzvlərinin sözlərinə görə, o, ömrünün son günlərində belə sakitliklə vida anını hiss edib və yaxınlarına özünün vəfat saatını söyləyib. O, 10 dekabr səhər saat 06:20-də dünyasını dəyişib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər