media-17830795013983150524_1200x630

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən mebel sahəsində yeni dövlət standartları qəbul edilib.

ERAmedia-ya AZSTAND-dan bildirilib ki, yeni dövlət standartları bunlardır:

AZS EN 527-2:2026 “Ofis mebeli. İş masaları – Hissə 2: Təhlükəsizlik, güc və davamlılıq tələbləri”;

AZS EN 581-1:2026 “Açıq məkanlarda istifadə olunan mebellər. Düşərgə və məişət üçün masa və oturacaqlar – Hissə 1: Ümumi təhlükəsizlik tələbləri”;

AZS EN 581-2:2026 “Açıq məkanlarda istifadə olunan mebellər. Düşərgə və məişət üçün masa və oturacaqlar – Hissə 2: Mexanik təhlükəsizlik tələbləri və sınaq üsulları”;

AZS EN 581-3:2026 “Açıq məkanda istifadə olunan mebellər. Düşərgə və məişət üçün masa və oturacaqlar – Hissə 3: Masalar üçün mexaniki təhlükəsizlik tələbləri”;

AZS EN 1023-2:2026 “Ofis mebeli. Bölücü panellər – Hissə 2: Mexaniki təhlükəsizlik tələbləri”;

AZS EN 1729-1:2026 “Mebel. Təhsil müəssisələri üçün stul və stollar – Hissə 1: Funksional ölçülər”;

AZS ГОСТ 30255:2026 “Mebel, taxta və polimer materiallar. İqlim kameralarında formaldehid və digər zərərli uçucu kimyəvi maddələrin ayrılmasının müəyyən edilməsi metodu”;

AZS ГОСТ 33795:2026 “Ağac xammalı, taxta materialları, yarımfabrikatlar, oduncaq və ağac materiallarından hazırlanmış məhsullar. Radionuklidlərin xüsusi aktivliyi, nümunələrin götürülməsi və radionuklidlərin xüsusi aktivliyinin ölçülməsi üsulları” ;

ГОСТ 20400:2026 “Mebel istehsalı məhsulları. Termin və təriflər”;

AZS ГОСТ 22360:2026 “Nümayiş və laboratoriya üçün sorucu dolablar. Tiplər və funksional ölçülər”;

AZS ГОСТ 22361:2026 “Tədris texniki vasitələri üçün altlıqlar. Tiplər və funksional ölçülər”;

AZS ГОСТ 23190:2026 “Kitab ticarəti üçün mebel. Ümumi texniki şərtlər”;

AZS ГОСТ 23508:2026 “Anbar sahələri üçün kitab ticarəti mebeli. Ümumi texniki şərtlər”;

AZS ГОСТ 26756:2026 “Pərakəndə satış üçün mebel. Ümumi texniki şərtlər”;

AZS ГОСT 30210:2026 “Mebel. İkimərtəbəli çarpayıların sınaq metodları”;

AZS ГОСТ Р 50052:2026 “Çərçivəli mebel. Sürüşən qapılar. Sınaq üsulları”;

AZS ГОСТ 16143:2026 “Taxta və taxta materiallarından hazırlanmış detallar və məmulatlar. Şəffaf lak örtüklərinin parlaqlığının təyin edilməsi üsulları”;

AZS ГОСТ 27627:2026 “Taxta və taxta materiallarından hazırlanmış detallar və məmulatlar. Qoruyucu-dekorativ örtüklərin ləkə əmələ gəlməsinə qarşı davamlılığının təyini üsulu”;

AZS ГОСТ 28102:2026 “Çərçivəli mebel. Mebel içi asma boruların sınaq üsulları”;

AZS ГОСТ 28105:2026 “Çərçivəli mebellər və masalar. Çəkilə bilən siyirtmələrin və yarım siyirtmələrin sınaq üsulları”;

AZS ГОСТ 28136:2026 “Divara quraşdırılan çərçivəli mebel. Möhkəmliyə dair sınaq üsulları”;

AZS ГОСТ 30099:2026 “Stollar. Sınaq üsulları”;

AZS ГОСТ 30209:2026 “Çərçivəli mebel. Sürüşkən qapılar. Sınaq üsulları”;

AZS ГОСТ 30698:2026 “Bərkidilmiş şüşə. Texniki şərtlər”;

AZS ГОСТ 33095:2026 “Taxta və taxta materiallarından hazırlanmış mebellər üçün qoruyucu-dekorativ örtüklər. Təsnifat və işarələnmə”;

AZS ГОСТ Р 50204:2026 “Jurnal və yazı masaları. Sınaq üsulları”;

AZS СТБ 1268:2026 “Qatlanan və transformasiya olunan mebel. Masalar. Ümumi texniki tələblər və sınaq metodları”;

AZS ГОСТ 19917:2026 “Oturma və uzanma üçün mebel. Ümumi texniki şərtlər”;

AZS ГОСТ 18607:2026 “Təqdimat masaları. Funksional ölçülər”;

AZS ГОСТ 16371:2026 “Mebellər. Ümumi texniki şərtlər”;

AZS ГОСТ 16854:2026 “Auditoriya kresloları. Ümumi texniki şərtlər”.

Bu dövlət standartlarının qəbulunda məqsəd ölkədə mebel sənayesinin inkişafı, bu sahədə istehsal olunan məhsulların keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsi, ixrac məhsullarının çeşidinin və rəqabət qabiliyyətinin artırılması, eləcə də sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, istehlakçıların tələb və gözləntilərinin təmin edilməsindən ibarətdir.

Yeni dövlət standartı layihələri AZSTAND tərəfindən təsis edilən “Mebel sənayesi məhsulları” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 14) təqdimatları əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Qeyd edək ki, sözügedən dövlət standartları “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində qəbulu nəzərdə tutulan “Mebel məhsullarının təhlükəsizliyi haqqında” texniki reqlamentin istinad standartları sırasına daxildir.


media-adspc

Bənzər xəbərlər