media-1108410609_0_0_2703_1802_1440x900_80_0_1_fa69a4e1358d8c36c6e335b46e05fb2a-jpg

Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatları tarixinin ən məhsuldar futbolçusu olub.

ERAmedia xəbər verir ki, əfsanəvi ulduz DÇ-2026-nın qrup mərhələsinin ikinci turu çərçivəsində keçirilən Avstriya ilə matçda mundiallar tarixindəki 17-ci qoluna imza atıb.

ABŞ-nin Arlinqton şəhərindəki “AT&T” stadionunda davam edən qarşılaşmanın 39-cu dəqiqəsində fərqlənən Messi turnirdəki qollarının sayını 4-ə çatdırıb. O, Fakundo Medinanın soldan ötürdüyü topu qapıdan keçirərək adını tarixə yazdırıb.

Bununla da argentinalı kapitan dünya çempionatlarında 16 qolu olan almaniyalı sabiq hücumçu Miroslav Klozeni geridə qoyaraq mütləq rekorda sahib çıxıb. Siyahının 3-cü pilləsində isə aktivində 15 qol olan braziliyalı ulduz Ronaldo Nazario qərarlaşıb.

Qeyd edək ki, iyunun 11-də start götürən və ABŞ, Meksika, Kanadanın birgə ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq. Argentina millisi turnirin son qalibidir.


media-adspc

Bənzər xəbərlər