media-whatsapp-image-2026-11-17-at-01-21-01-1
Növbəti biznes erasının necə olacağını bilmirəm, amma bir şeyə əminəm: cari növbəti 5-10 ildə müştərini mərkəzə qoyacaq əməkdaşı proseslərin mərkəzində saxlamaq lazımdır. Təbii olaraq Sİ-nin də inkişaf sürəti və strukturlara sızma ekspansiyası vacibdir.
Bu bir ayrı mövzudur!
Artıq korporativ idarəetmədə müştəri öncəliyi əməkdaş öncəliyindən keçir. Bu, sadəcə HR yanaşması deyil, rəqabət strategiyasıdır.
Şirkətlər Customer Experience üçün milyonlarla investisiya edirlər. Lakin unudurlar ki, müştəri təcrübəsini yaradan texnologiya və prosedurlardan əvvəl insandır.
Ritz-Carlton əməkdaşlarına müştəri problemlərini operativ həll etmək üçün səlahiyyət verir. Disney isə əməkdaş təcrübəsini müştəri məmnuniyyətinə aparan zəncirin əsas halqalarından biri hesab edir.
Buradan üç mühüm idarəetmə prinsipi ortaya çıxır:
Səlahiyyət: Müştərinin problemini həll etmək üçün əməkdaş hər dəfə icazə gözləməməlidir.
Proseslər: Daxili prosedurlar müştəriyə xidmət etməyi çətinləşdirməməli, asanlaşdırmalıdır.
Liderlik: Rəhbər yalnız nəticə tələb etməməli, həmin nəticəni yaradan komandaya lazımi şəraiti də təmin etməlidir.
Motivasiyasız əməkdaşdan səmimi xidmət, səlahiyyətsiz əməkdaşdan operativ qərar, bürokratiya içində sıxışan komandadan isə mükəmməl müştəri təcrübəsi gözləmək olmaz.
Gələcəyin rəqabət üstünlüyü müştərini daha yaxşı anlamaqla yanaşı, ona dəyər yaradan əməkdaşı daha yaxşı anlamaq və gücləndirməkdən keçəcək.
Çünki əslində, Customer First yanaşması Employee First düşüncəsindən başlayır.
Bəxtiyar BƏXTİYAROV,
İdarəetmə və biznes üzrə təlimçi-konsultant
media-baxtiyar

media-adspc

Bənzər xəbərlər