media-photo_5323273838256658166_m

ABŞ-ın Avropa və Afrika üzrə qoşunlarının komandanı, həmçinin NATO-nun Quru Qoşunlarının komandanı general Kristofer Donahyu bu yay istefaya gedəcək.

ERAmedia xəbər verir ki, bu barədə “The Atlantic” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Donahyu müdafiə naziri Pit Heqset tərəfindən Silahlı Qüvvələrin yüksək rəhbərliyində aparılan kadr dəyişikliklərinin növbəti qurbanı olub. Məqalədə bildirilir ki, cəmi 18 ay bu vəzifədə çalışan Donahyunun gözlənilməz gedişi orduda baş verən dəyişikliklərin növbəti əlamətidir.

Müəlliflər qeyd edirlər ki, istefanın səbəbi Heqsetin 2021-ci ildə ABŞ qoşunlarının Əfqanıstandan “fəlakətli” çıxarılmasında iştirak etmiş hərbçilərə qarşı təmizləmə aparmaq cəhdi ilə bağlı ola bilər. Həmin vaxt Donahue ölkə ərazisini tərk edən sonuncu amerikalı hərbçi olmuşdu.

Vural


media-adspc

Bənzər xəbərlər