media-1783085690815129904_1200x630

Cari ilin 21 aprel – 2 iyul tarixləri ərzində Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinə olan tələbat tam şəkildə bərpaolunan enerji mənbələri hesabına təmin edilib.

ERAmedia xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu müddət ərzində su elektrik stansiyalarında (SES) 104,486 milyon kilovat-saat, Günəş elektrik stansiyalarında (GES) isə 13,888 milyon kilovat-saat olmaqla, ümumilikdə 118,374 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.


media-adspc

Bənzər xəbərlər