media-trend_manat_02042025_2

Cari ilin yanvar-may aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 64 milyon 747 min 900 manat investisiya yönəldilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən ERAmedia xəbər verir ki, bu, bir il öncəki göstəricidən 15,4 faiz çoxdur.

İnvestisiyanın 23 milyon 9 min 500 manatı və ya 35,6 faizi məhsul istehsalı sahələrinə, 12 milyon 843 min manatı və ya 19,8 faizi xidmət sahələrinə, 28 milyon 895 min 400 manatı və ya 44,6 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala investisiya qoyuluşunun 54 milyon 474 min 600 manatı və ya 84,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 55 faiz çoxdur.


media-adspc

Bənzər xəbərlər