media-vergi-person

Cari ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 98,3 milyon manata yaxın vergi daxil olub.

ERAmedia xəbər verir ki, Dövlət Vergi Xidmətindən bildirilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2,4 faiz və ya 2,3 milyon manat çoxdur.

Qeyri-dövlət sektorundan daxilolmalar 69,4 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 8,3 faiz və ya 5,3 milyon manat artıb. Ödənilən vergilərin 70,6 faizi qeyri-dövlət sektorunun, 29,4 faizi isə dövlət sektorunun payına düşüb.

2026-cı ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz artaraq 2 milyon manata yaxın olub.


media-adspc

Bənzər xəbərlər