Neft-qaz sektorunda çalışanların sayı açıqlanıb
Cari il mayın 1-i vəziyyətinə neft-qaz sektorunda 30,5 min nəfər çalışıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müayisədə 2,2 faiz azdır.
ERAmedia-ya Dövlət Statistika Komitəsindən bildirilib ki, orta aylıq nominal əməkhaqqı neft-qaz sektorunda 4534,6 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1152,5 manat, özəl müəssisələrdə isə 1191,3 manat olub.










