media-pul786

Rəsmi statistikaya görə, vaxtı keçmiş kreditlərin məbləği artıq 600 milyon manatı ötüb. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən, ödəmə müddəti keçmiş kreditlərin həcmi son bir il ərzində 28.7 faiz artıb.

Mərkəzi Bankın məlumatına görə, kreditlərin 93.8 faizi banklar, qalan hissəsi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

ERAmedia Xəzər TV-yə istinadən xəbər verir ki, ekspertlər bəzi hallarda vətəndaşların bir neçə kredit öhdəliyinin olmasının geri ödəmə imkanlarını çətinləşdirdiyini bildirirlər. Maliyyə planlamasının düzgün aparılmaması da riskləri artıran əsas səbəblərdən biri hesab olunur.

 

 

Ekspertlərin fikrincə, bank sektorunda həm kredit, həm də əmanət portfelinin böyüməsi maliyyə aktivliyinin artdığını göstərsə də, problemli kreditlərin çoxalması risklərin ciddi nəzarətdə saxlanılmasını vacib edir.


media-adspc

Bənzər xəbərlər