Əfqanıstanda güclü zəlzələ oldu | Sumqayıtda kəmər partlayıb, evləri su basıb -VİDEO | Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi | Naxçıvanın bu ərazilərinə qar yağıb | Eldəniz Əzizli beşqat dünya çempionu oldu | Sabaha gözlənilən hava şəraiti açıqlanıb - PROQNOZ | Meteohəssas insanların NƏZƏRİNƏ! | “Günəşim” Kukla Teatrı Qubadlı şəhəri günü ilə bağlı video-çarx hazırlayıb | Azərbaycan millisindən növbəti QƏLƏBƏ | FHN silsilə maarifləndirmə tədbirləri keçirib -FOTO | Azərbaycanlı itkin ailələrinin daha bir dinc aksiyası BRÜSSELDƏ | Raket qalıqları Məkkə və Mədinəyə düşüb | Qubadlı – doğma torpağa qayıdışın və ümidlərin ünvanıdır | Biləsuvarda ildırım elektrik xəttini vurub | Xəzər dənizindəki bu adalar materikə birləşib | Azərbaycan millisi bu gün iki oyun keçirəcək | Gürcüstanda saxlanılan İbad Hüseynov buraxılıb - Azərbaycana qayıdıb | Fransada aksiyalar zamanı 1000-ə yaxın şəxs saxlanılıb | Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb | AzTV üçün yeni bina tikiləcək - VİDEO
media-pull
Bu ilin mayın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 50,2 milyard manat təşkil edib.

ERAmedia-nın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumatına görə, bu, aylıq müqayisədə 188,7 milyon manat və ya 0,4%, 2025-ci ilin eyni dövrünə nisbətən isə 3 milyard manat və ya 6,3% çoxdur.

Bundan başqa, 2026-cı ilin mayın 1-nə manatla pul kütləsinin (M2 aqreqatı) həcmi 40,5 milyard manat təşkil edib ki, bu da aylıq göstəriciyə nisbətən 479,9 milyon manat və ya 1,2%, 2025-ci ilin eyni dövrünə nisbətən isə 5 milyard manat və ya 14,2% çoxdur.

Həmçinin hesabat dövründə M1 pul aqreqatı üzrə göstərici 31,555 milyard manata bərabər olub. Bu, aylıq müqayisədə 61,7 milyon manat və ya 0,2%, 2025-ci ilin eyni dövrünə nisbətən isə 3,5 milyard manat və ya 12,4% çoxdur.

Eyni zamanda, bu ilin mayın 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 18,332 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 30,9 milyon manat və ya 0,2% az, ötən ilin eyni dövrünə nisbətən isə 2,3 milyard manat 14,2% çoxdur.


media-adspc

Bənzər xəbərlər

media-banner-voyage-160-desktop