media-17866535553392416233_1200x630

Qahirənin şərqindəki “Arabella Plaza” ticarət mərkəzində helium balonunun partlaması nəticəsində 3 nəfər ölüb, 17 nəfər yaralanıb.

ERAmedia Misirin Səhiyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bütün zərərçəkənlər artıq xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyi hadisənin hədiyyə mağazasında baş verdiyini və partlayış nəticəsində yanğın olduğunu bildirib. Nazirlik əlavə edib ki, yanğın söndürülüb və təhlükəsizlik qüvvələri hadisənin səbəblərini araşdırır.

 


media-adspc

Bənzər xəbərlər