Qaz limitini keçən abonentlərin sayı AÇIQLANIB
Abonentlərin 46 faizə yaxını aşağı qaz limitini aşıb.
ERAmedia xəbər verir ki, bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, 2025-ci ilin 11 ayı ərzində 1 449 467 abonent aşağı tariflə (54,4%), 970 083 abonent 22 qəpik tariflə (36,4%), 243 884 abonent isə yüksək tariflə (9,2%) təbii qazdan istifadə edib.
Xatırladaq ki, əhali qrupu üçün təbii qazın tarifi illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12,5 qəpik, 1200-2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 22 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə bir kubmetrə görə 30 qəpik ödəyir.









