Qədim türklərdə şəhərsalma mədəniyyətinin örnəyi-FOTO
Arxeoloqlar tərəfindən Qazaxıstanın şimal-şərqində təxminən 3600 illik, Semiyarka adlı nəhəng Tunc dövrünə aid yaşayış məskəni kəşf ediblər ki, bu da çöl cəmiyyətləri haqqında anlayışımızı tamamilə dəyişdirir.
ERAmedia xəbər verir ki, kəşflərin nəticələri “Antiquity” jurnalında dərc olunub.
Bu, sadəcə köçəri düşərgə yeri deyil, təxminən 140 hektarlıq ərazini tutan, o dövrlər tipik yaşayış məskənlərindən dörd-beş dəfə böyük və mürəkkəb mərkəzdir.
Tədqiqatçılar Semiyarkanın müvəqqəti düşərgə deyil, daimi, yaşayış məskəni olduğu qənaətinə gəliblər və o mülahizəni təsdiq edən faktlar kifayət qədərdir.
Yaşayış binaları, müdafiə bəndləri, xəndək və istehkamların kəsişməsində yerləşən böyük bir mərkəz quruluşunun izləri də bunu təsdiq edir. Alimlər bu mərkəzin inzibati və ya dini funksiyalar yerinə yetirmiş ola biləcəyini ehtimal edirlər ki, bu da Tunc dövrünə aid çöl yaşayış məskənləri üçün olduqca qeyri-adi haldır.
Sənaye zonasın qalıqları da az əhəmiyyət daşımır: arxeoloqlar xeyli miqdarda şlak, mis filizi, metal qırıntıları və bürünc əşyalar aşkar ediblər. Bütün bunlar çöl zonasının ən erkən və ən inkişaf etmiş tunc istehsalından biri- genişmiqyaslı bürünc istehsalına işarədir. Metallurgiyanın bu səviyyəsi təkcə yerli istehsalı deyil, həm də Altaydan gətirilən qalay da daxil olmaqla metalların ticarəti ilə əlaqəli aktiv iqtisadi fəaliyyəti göstərir.
Semiyarkanın yeri də strateji əhəmiyyət kəsb edib: yaşayış məntəqəsi İrtış çayının yüksək sahilində yerləşir, çay boyunca hərəkəti idarə edir və mal mübadiləsi üçün əlverişli mərkəz kimi yaşayıb. Bu, qədim çöl cəmiyyətlərinin əvvəllər düşünüləndən daha mütəşəkkil olduğunu göstərir. Onlar təkcə köçəri deyil, həm də böyük və sabit, sosial cəhətdən mürəkkəb mərkəzlər – əslində erkən şəhərsalma mədəniyyətinin təzahürü kimi maraq kəsb edib.
Alimlər qeyd edirlər ki, oxşar struktur və miqyas Avrasiyanın Tunc dövrü çöl bölgəsində Semiyarkada ticarət yollarının necə formalaşdığını, yerli cəmiyyətlərin hansı resurslara nəzarət etdiyini və qədim çöllərdə həyatın necə inkişaf etmiş ola biləcəyini anlamaq üçün açar rolunu oynaya bilər.
Ural Dəyirmançı










