media-53727_b-1-_0

Qanunsuz mənimsənilən əmlakın geri qaytarılmasında tempin aşağı olmasından gileylənənlər bu prosesdə iştirak edənlərdir.

ERAmedia xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün Facebook səhifəsi üzərindən apardığı canlı yayım zamanı “Vətəndaş Müqaviləsi” partiyasının 2026-2031-ci illər seçki proqramının təqdimatında bildirib.

Proqramın 67-ci bəndinin qanunsuz mənimsənilmiş, o cümlədən korrupsiyada əldə olunan əmlakın qaytarılması ilə bağlı olduğu vurğulanıb. Buraya qanunsuz özəlləşdirilən, icarəyə götürülən meşələ, çimərlik, park və bağların, eləcə də təhsil müəssisələri və digər ictimai məkanların icmalara, yaxud dövlətə qaytarılması, geri alınmış vəsaitlər üçün vahid hesabın davamlı olaraq doldurulması, qanunsuz əldə edilən daşınmaz-daşınar əmlakın ictimai istifadəyə qaytarılması daxildir: “Söhbət yüksəkvəzifəli məmurlar tərəfindən əmlakın qanunsuz özəlləşdirilməsi və ya icarəyə verilməsindən gedir. Mən bu prosesləri müntəzəm olaraq işıqlandırıram”-deyə, Baş nazir dvamedib: “Vurğulamaq istəyirəm ki, əmlakın geri qaytarılmasının düzgün və tələbolunan həcmdə aparılmadığını iddia edən siyasi qüvvələr var. Maraqlıdır ki, nümayəndələrinin bu qanunsuz əmlakın geri qaytarılması prosesində iştirak etdiyi siyasi qüvvələr məhz bunu deyirlər. Onlar bu söhbətdən ictimai məyusluq yaratmaq üçün istifadə etməyə çalışırlar”.

“Əziz xalqım, biz əmlakı mafiyadan geri alırıq, biz mafiya ilə mübarizə aparırıq və bu, asan deyil. Biz fəaliyyətini davam etdirən yeganə siyasi qüvvəyik”.

Qanunsuz əmlakın geri qaytarılmasının “pis həyata keçirildiyini” deyən bütün tənqidçilərin heç biri “Ah, əgər hakimiyyətə gəlsək, daha yaxşısını edəcəyik” demir, çünki onların 90 faizi eyni qanunsuz əmlakın geri qaytarılmasının hədəfidir- bildirən Paşinyan fikrini dəqiqləşdirib: Onlar ictimai məyusluq yaratmaq istəyirlər, amma bu məyusluğun qanunsuz mənimsənilən əmlakın qaytarılmasının sürətlənməsi ilə deyil, bu prosesin dayandırılması ilə nəticələnəcəyini gözləyirlər”.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər