media-2022_10_12_40870_aq-2

ABŞ mətbuatının məlumatına görə, Ağ Evdəki bəzi yüksək vəzifəli rəsmilər və ekspertlər İran müharibəsinin ABŞ prezidenti Donald Trampın prezidentlik müddətinin sonuna, yəni 2029-cu ilin yanvarına qədər uzana biləcəyi barədə qiymətləndirmələrini ona çatdırıblar.

ERAmedia xəbər verir ki, Tramp dünənki çıxışında İran müharibəsinin noyabr ayında keçiriləcək aralıq seçkilərdən dərhal sonra başa çatacağını bildirib.

Tramp İranla aparılan müharibənin noyabr ayında keçiriləcək aralıq seçkilərdən dərhal sonra sona çatacağını deyib.

Lakin ABŞ-ın “Semafor” xəbər platformasının məlumatına görə, Trampın bu qiymətləndirməsi Ağ Evdəki bəzi yüksək səviyyəli müşavirlər və ekspertlərin müharibənin daha uzun müddət davam edə biləcəyi ilə bağlı proqnozları ilə ziddiyyət təşkil edir.

Məlumata görə, ABŞ-ın vitse-prezidenti Cey Di Vens və Dövlət katibi Marco Rubio da daxil olmaqla, Ağ Evdəki yüksək vəzifəli rəsmilər İranın ABŞ-ın blokadasına və digər hərbi üsullara müqavimət göstərə biləcəyini, münaqişənin isə Trampın prezidentlik müddətinin sonuna, yəni 2029-cu ilin yanvarına qədər davam edə biləcəyi ehtimalını ona bildiriblər.

Ekspertlər də İran iqtisadiyyatının təzyiqlərə baxmayaraq müqavimət göstərdiyini vurğulayaraq, Tehranın münaqişəni uzun müddət davam etdirmək imkanına malik olduğunu bildirirlər.

“Foreign Affairs” jurnalında yayımlanan təhlildə isə İran iqtisadiyyatının bəzi sahələrində ciddi daralma yaşanmasına baxmayaraq, ölkənin müharibənin xərclərini qarşılamağa davam edə biləcək resurslara sahib olduğu qeyd edilib.

Vural


media-adspc

Bənzər xəbərlər