media-photo-2025-12-22-10-01-26_1
media-bant_master

Cari tədris ilində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə ölkəmizin ümumtəhsil məktəblərində çox böyük tarixi-ideoloji əhəmiyyəti olan, gəncliyimizi ümumazərbaycan kontekstində xalqımızın maddi-mənəvi dünyası ilə daha yaxından tanışlığa təşviq edəcək “Qərbi Azərbaycanı yaxından tanıyaq” mövzusunda Açıq Dərs layihəsinə start verildi. Özündə gəncliyimizi Qərbi Azərbaycanın kulturoloji qatlarını, o qatlardakı milli identikliyi- milli düşüncə mədəniyyəti, dil, din, tarix, vətəndaşlıq, milli ideya anlayışlarını özündə ehtiva edən digər keyfiyyətləri öyrənməyə maraq oyatmaq missiyasını ehtiva edən Layihə, inanırıq ki, yeni bir ənənəyə çevriləcək.

Təbii ki, əsrlər boyu böyük arealda yaşayaraq xalqımızın milli-mənəvi mədəniyyətinə töhfələr verən qərbiazərbaycanlılar XIX əsr 20-ci illərin sonlarında imperiya qüvvələrinin regionda maraqlarının girovuna çevrildi. Növbəti Rusiya-İran müharibəsinin yekunu olaraq bütöv Azərbaycanın parçalanması onun tarixi ərazilərinin bir hissəsi İrəvan xanlığında Erməni Vilayətinin yaradılması ilə nəticələndi. Rusiya imperatorunun fərmanı ilə yaradılan vilayət əhalisinin etnik tərkibində mütləq dominantlıq təşkil edən azərbaycanlıların sayını minimuma endirmək üçün dövlət siyasətinin işə düşməsi həmin vaxtlardan başladı. Onun davamı olaraq XX əsrin ikinci onilliyində I Dünya Müharibəsinin yekunu olaraq imperiyaların çöküşü şəraitində xalqların öz müqəddaratını təyin etməsi çərçivəsində gedən prosesdə üç Cənubi Qafqaz respublikası- Azərbaycan, Gürcüstan, Ermənistan dövlətləri elan edildi. Azərbaycan Xalq Cümhuriyyəti siyasi rəhbərliyinin İrəvan şəhərini yeni yaradılan Ermənistan Respublikasına güzəştə getmək qərarı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi,”Bizim tarixi şəhərimizi – İrəvanı Ermənistana faktiki olaraq verilməsi bağışlanmaz bir addım idi, xəyanət və cinayət idi”. Bununla da xalqımıza qarşı tətbiq edilən siyasi proseslər dönməz şəkil alaraq, azərbaycanlılara qarşı sistemli şəkildə tətbiq edilirdi. Bunun nəticəsində regionda yaranan mənzərəni 2022-ci il dekabr ayının 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən bir qrup Qərbi Azərbaycan ziyalısı ilə görüşdə çıxışı zamanı Prezident İlham Əliyev bu cür təqdim edirdi: “Bu proses azərbaycanlıların tarixi vətəni olan Qərbi Azərbaycandan deportasiya edilməsi ilə müşaiyət olunurdu. Biz bu tarixi yaxşı bilirik, xatırlayırıq və azərbaycanlıların yaşadıqları o məntəqələrin sayını da yaxşı bilirik – 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdılar. Mən ovaxtkı Ermənistanı nəzərdə tuturam, Ermənistan Respublikasını nəzərdə tuturam, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edirdilər və bütövlükdə 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarıldı, qovuldu, bir çoxları öldürüldü, onlara işgəncələr verildi. Bütün bu cinayətlər sovet hökumətinin gözünün önündə baş vermişdi“.

Təbii ki, bu cinayətlərin dövlət səviyyəsində baş verməsinə həmin imperiya siyasətinin varisləri olan qüvvələrin hakimiyyəti illərindəki nominal dövlətçilik tariximiz müddətində siyasi və yaxud hüquqi qiymətin verilməsi real deyildi. Dövət müstəqilliyinin ilkin vaxtlarında Azərbaycan Respublikasının Prezidenti vəzifəsində çalışarkən Ümummilli Liderimiz  Heydər Əliyev 1997-ci il  dekabr ayının 18-də imzaladığı “1948—1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından  kütləvi surətdə deportasiyası haqqında”

Fərmanla gələcəkdə məsələyə hüquqi qiymət vermək üçün siyasi əsaslar yaratdı. Bu, Ali dövlət sənəsinin peambulasında ifadəsini belə tapırdı: “Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində  xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət  nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən- min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından  didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran  edilmişdir”.

Fərmandan doğan siyasətin ardıcıl davam etdirilməsi Azərbaycan Respublikasının cənab Prezidenti İlham Əliyevin apardığı xəttin aparıcı elementlərindən biridir və bu, 2020-ci ilin noyabrında ölkəmizin möhtəşəm Zəfəri ilə bitən 44 günlük müharibədən sonra daha aydın göründü. Təsasüfi deyil ki, Zəfərdən 2 il sonra həmin xəttin geriyədönməz olduğu Qərbi Azərbaycan İcmasının fəaliyyətinin genişləndirilməsi ilə diqqət çəkirdi. Ölkə Prezidenti cənab İlham Əliyev 2022-ci il dekabr ayının 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən o xəttin məntiqi nəticələrinə inamını belə ifadə edirdi: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”.

Ortadakı siyasi iradə xüsusilə son illər qərbiazərbaycanlıları məqsəd ətrafında səfərbər edib. Məqsəd aydın olduğu kimi də cəlbedicidir: hər bir soydaşımız qaçqına çevrildiyi vaxtlardan vətəblərinə qayıdış üçün təşkilatlanıb və bu gün o təşkilatlanma Qərbi Azərbaycan İcmasının şəxsində işlək quruma çevriliv. Qurum, 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplanaraq saxlandığı yeganə ictimai qurum kimi daxilindəki işlək strukturlarla fəaliyyətfəfir. Nəticədə 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərininə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir.

Sonuncu dəfə 1988-ci ilin noyabr-dekabr aylarında 200 mindən artıq soydaşımız, onların arasında 48681 nəfər şagird, 3992 nəfər müəllim tarixi yaşayış yerlərini tərk etmək məcburiyyətində qaldı. 300-dən çox kənd kitabxanası yandırılaraq məhv edildi. Bunlardan sonra ölkədə rayon-şəhər və kəndlərin adları dəyişdirilərək erməniləşdirilirdi, nəticədə min illər ərzində burada yaradılan yüzlərlə maddi-mənəvi abidələri məhv edildi, milli identikliyin başlıca atributu olan toponimlərimiz dəyişdirildi. Azərbaycanlıların bu ərazilərdəki izlərinin total şəkildə məhv olunmas kampaniya olaraq davam etdirilirdi. İzlər isə silinmir.

Elm və təhsil nazirliyi ilə Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığında ümumtəhsil məktəblərində keçirilən açıq dərs layihəsinin bu kontekstdən olması buna görədir ki, həm öyrənənlər, həm də öyrədənlər üçün cəbedicidir. Paytaxt Bakı şəhəri də daxil olmaqla İcma İdarə Heyəti üzvlərinin həmin dərslərdə müəllim kimi iştirakı dərsləri daha da məzmunlu və cəlbedci edir. Belə dərslərdən biri noyabr ayının 25-da paytaxtın Kürdəxanı qəsəbəsindəki 113 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor, Qərbi Azərbaycan İcmasının İdarə heyətinin üzvü, Əməkdar müəllim Mahirə Hüseynovanın “Qərbi Azərbaycan- əzəli və əbədi Azərbaycan torpağıdır” və “Mənim Qərbi Azərbaycanım” kitablarının təqdimatı mövzusunda nümunəvi Açıq dərsdə Dərsdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əməkdaları, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rövşən Ağayev, Maral Salmanova, pedaqogika elmləri namizədi, dosent Dəyanət Musayev, məktəbin direktoru Gültəkin Rüstəmova, tarix və coğrafiya müəllimləri, həmçinin Qərbi Azərbaycandan olan bir qrup valideyn iştirak edib. TədbirQərbi Azərbaycan TV-nin hazırladığı “Qərbi Azərbaycan” mövzusunda videoşarxların nümayiş etdirilməsi ilə başlayıb. Məktəbin direktoru G. Rüstəmova dərsi açaraq onun Qərbi Azərbaycan irsinin, tarixi yaddaşının və mədəni kimliyimizin qorunması ilə bağlı son dərəcə önəmli bir mövzuya həsr olunduğunu bidirib. Açıq dərs keçmək üçün auditoriyaya təqdim olunan professor Mahirə Hüseynova Qərbi Azərbaycan və azərbaycanlıların tarixi ədalətsizliklərə məruz qalması, soydaşlarımızın doğma yurdlarından didərgin salınması, həmçinin bu torpaqlara qayıdışın milli hədəf olaraq önəmi barədə danışıb. Çıxışda milli yaddaşın qorumasının zəruriliyi, “Qərbi Azərbaycana Qayıdış” ideyasının yaşadılması və gələcək nəsillərə ötürülməsinin vacibliyi xüsusi vurğulanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Әliyevin mövzu ilə bağlı fikir və tövsiyələri, həmçinin Qayıdış Konsepsiyasından irəli gələn məsələlərə toxunulub. Mahirə Hüseynova bu işdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Qərbi Azərbaycan İcmasının birgə hazırladığı və carı ilin oktyabr ayında prezentasiyası keçirilən “Mənim Qərbi Azərbaycanım” kitabının aktuallığını qeyd edib. Tədbirdə Azərbaycan Yazıcılar Birliyinin üzvləri Mahirə Hüseynova və Rövşən Ağayev tədris ocağının kitabxanasına müxtəlif mövzularda, o cümlədən Ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti ilə bağlı kitablar hədiyyə etdilər. Bundan əlavə, yazıçıların son illər çapdan çıxan ədəbi, publistik əsərləri və görkəmli elm və incəsənət xadimlərinin kitabları məktəbin kitabxanasına bağışlanıb.

Müzakirədə çıxış edən Elm və Təhsil Nazirliyinin əməkdaşı R.Ağayev mövzu ilə bağlı təşkil olunan dərslərdə Qərbi Azərbaycanın tarixi, mədəni irsi, adət-ənənləri, bölgələri, tanınmış şəxsiyyətləri və s. barədə videolar, o cümlədən Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində hazırlanan müvafiq analitik süjetlərin nümayiş edilməsi, əyani vəsaitlərdən isifadə olunması, həmçinin Qərbi Azərbaycandan olan müəllim və şagirlərin valideylərinin cəlb edilməsinin məqsədəuyğunluğundan danışıb. Tədbirdən sonra xatirə şəkli çəkdirildi və gələn qonaqların və məktəb müəllimlərinin iştirakı ilə həyətyanı sahədə ağac əkmək aksiyası keçirildi.

Layihədə nəzərdə tutulan epizodlardan biri də Açıq Dərslərin iştirakçıları, həmçinin o dərslərin təşkil olunduğu ümumtəhsil məktəb kollektivlərinə ölkəmizin, xüsusilə, Qərbi Azərbaycan İcması İdarə Heyətinin nüfuzlu alimləri, ölkəmizin tanınmış ictimai xadimlərinnin bu dərslərə reaksiyası ilə bağlı məktubların göndərilməsi praktikasıdır. Belə məktublardan birini layihə çərçivəsində Açıq Dərs keçirilən tədris ocaqlardan birinə- Balakən rayonundakı Abbas Səhhət adına Hənifə kənd tam orta ümumtəhsil məktəbi kollektivinə göndərən professor Mahirə Hüseynovanın bu layihənin perspektiv əhəmiyyəti barədə yazdıqlarının maraqlı olacağını nəzərə alaraq onun tam mətnini tədim edirik:

“Əziz dostlar!

Qərbi Azərbaycan mövzusu üzrə açıq dərsin ölkəmizin istər intellektual ninsan kapitalı, istərsə də xalqımızın maddi və mənəvi sərvətləri ilə azərbaycançılıq tariximizə verdiyi töhfələrinə görə xüsusi yeri olan Balakən rayonunda keçirilməsi xəbərindən nə qədər məmnun olduğumu ifadə etməkdə çətinlik çəkirəm. Əminəm ki, bu dərs, gəncliyimizin Qərbi Azərbaycanda ancaq ümumazərbaycan kültürünün formalaşmasında həmin tarixi torpaqlarımızda yaşayan soydaşlarımızın yaxından iştirakına deyil, ümumilikdə xalqımızın məişəti, elm, sənət, ədəbiyyat və incəsənətimizə marağına impuls verəcəkdir. Bu günün orta məktəb şagirdlərinin sırasında gələcək tədqiqatçılarımızın olacağına inanıram. Ona da inanıram ki, onlar Qərbi Azərbaycan XIX əsrin birinci yarısında Rusiya İmperiyasının işğalı ilə 19 mart 1828-ci ildə Erməni Vilayətinin yaranmasından sonra erməniləşdirilsə də azərbaycanlılarının sıx şəkildə yaşadığı coğrafi məkan barədə maraqlı tədqiqatlar aparacaqlar. XX əsrin ikinci onilliyində həmin ərazilərdə yaradılan Ermənistan Respublikası, daha sonra elan olunan Ermənistan Sovet Sosialist Respublikasında siyasi səbəblərdən baş tutan deportasiyalar nəticəsində hazırda azərbaycanlılara məxsus heç bir yaşayış məntəqəsi qalmayıb. Bu fakt 1997-ci il dekabrın 18-də Prezident Heydər Əliyev tərəfindən imzalanan “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərmanda əksini tapıbdır. Mühüm tarixi-siyasi əhəmiyyəti olan həmin fərmanda müxtəlif zamanlarda o ərazilərdən azərbaycanlıların deportasiyasını soyqırımı və etnik təmizləmə siyasəti kimi qiymətləndirilir.

24 dekabr 2022-ci ildə Tarixi Zəfərdən 2 il sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanışlıq zamanı Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bunu nəzərdə tutaraq gəncliyə çağırış etmişdi: “Biz öz tariximizi bilməli və həmin tarixdən ibrət almalıyıq!”. O nümunələrdən birini, Qərbi Ermənistan mövzusunun aktuallaşdırılması işi yönümündə Balakən rayonundakı Hənifə kənd orta məktəbində təşkil edilən açıq dərs buna görə əhəmiyyətlidir. Bu əhəmiyyətli işdə iştirak edən hər kəsi, pedaqoji kollektivi, şagirdləri və açıq dərsi aparan müəllimi təbrik edirəm!”.

Bunla bərabər, müasir ədəbiyyatımızda bayatı janrında 3 kitabın, Vətən və gənclik, insan və zaman mövzusunda fəlsəfi şeir kitablarının, həmçimim 44 günlük müharibəni xəyali olsa da əsgərlərimizlə bilikdə başa vuran şeirlərindən ibarət məşhur “Salam olsun” kitabının müəllifi Mahirə Nağıqızı kitablarını məktəb kitabxanasına hədiyyə olaraq göndərib.

Əlbəttə, professor Mahirə Hüseynova kimi ziyalının, ictimai xadimin ucqar sərhəd rayonlarımızdan birində keçirilən Açıq Dərs iştirakçılarına müraciəti, məzmunu ilə seçilən kitabların hədiyyəsi onların təssürratında izsiz qalmır. Bu, həm də ideoloji təbliğat işinin keyfiyyətcə yeni mərhələyə keçməsidir.

Balakən rayonundakı Abbas Səhhət adına Hənifə kənd tam orta ümumtəhsil məktəbinin  kollektivi adından direktor Cavanşir Alqayevin Mahirə xanımın adına göndərdiyi məktubda o mərhələnin ilkin konturlarını görmək mümkündür: “Qərbi Azərbaycan İcmasının fəaliyyətində göstərdiyiniz fəal mövqeyə , milli maraqlarımıza əsaslanan təşəbbüslərinizə, icmanın məqsəd və vəzifələrinin həyata keçirilməsi istiqamətindəki səmərəli fəaliyyətinizə görə Sizə öz adımdan və rəhbərlik etdiyim pedaqoji kollektivin üzvləri adından səmimi təşəkkürümüzü bildiririk. Qərbi Azərbaycandan olan soydaşlarımızın tarixi hüquqlarını qorunması, onların haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması və bu istiqamətdə görülən işlərdə nümayiş etdirdiyiniz prinsipial mövqe yüksək qiymətləndirilir”- sözləri ilə başlayan məktub belə davam edir: “Sizin dərsin iştirakçılarına göndərdiyiniz təbrik məktubu ilə iştirakçılar öncədən tanış edildi.

Dərsin gedişində ölkə başçısı cənab İ. Əliyevin Qərbi Azərbaycanla bağlı yürütdüyü siyasət təkcə tarixi xatırlatma deyil, beynəlxalq hüquqa əsaslanan qayıdış konsepsiyasıdır başlığı altında video çarx, Qərbi Azərbaycanda olan mədəni irsimizə aid abidələr “ Göy məscid”, “Güzgülü məscid” “ Sərdar məscid”in şəkillləri, Naxçıvanın Kəngərli rayonunun Çalxanqala kəndində məskunlaşan soydaşlarımızın həyat tərzi barədə video çarx nümayiş etdirildi”.

Nəticə olaraq onu qeyd etməyi lazım bilirik ki, ölkəmizin cənab Prezidenti İlham Əliyevin prezidentliyi dövründə seçilən ana xətt vətən və xalq üçün milli ideologiyaya çevrilən istənilən siyasətin həyata keçməsində ən amillərdəndir.

 

Könül HƏSƏNOVA,

Azərbaycan Dövlət Pedaqoji Universiteti Filologiya faültəsinin dekanı,

Filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent

 


media-adspc

Bənzər xəbərlər